Naxçıvanda cüdo üzrə region birincilikləri keçiriləcək
22.04.2026 - 15:42
25–26 aprel tarixlərində U-14 və U-17 yeniyetmələr arasında Naxçıvan Muxtar Respublikası bölgəsi üzrə region birincilikləri keçiriləcək.
Apasport.az xəbər verir ki, Naxçıvan Olimpiya İdman Kompleksində baş tutacaq yarışlarda ümumilikdə 92 cüdoçu tatamiyə çıxacaq.
Turnirlərin əsas məqsədi yeniyetmə cüdoçular bazasını formalaşdırmaq, kvota əsasında ölkə birinciliyinə vəsiqə qazanacaq idmançıları müəyyənləşdirməkdir. U-17 kateqoriyası üzrə nəticələr, eyni zamanda, milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.
- Cüdoçunun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək
- Bakıda dünya çempionatı üçün xüsusi videoçarx – Cüdo ulduzları bir araya gəldi
- Cüdoçularımız Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
- Məhəmməd Musayev 2 qat Avropa çempionu oldu
- Cüdoçularımızın Avropa çempionatında ilk rəqibləri bəlli oldu
0
0