Qəbələ rayonunun Vəndam qəsəbəsində yeni cüdo zalı fəaliyyətə başlayıb.
Apasport.az xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Qəbələ Rayon Təhsil İdarəsinin müdiri Arifə Bayramova, ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu, dünya çempionu, ACF İcraiyyə Komitəsinin üzvü Elxan Məmmədov, "Qəbələ" İdman Klubunun prezidenti Fariz Nəcəfov və yerli sakinlər iştirak ediblər.
ACF tərəfindən müasir standartlara cavab verən tatamilərlə təchiz olunmuş zalın ümumi ölçüsü 150 kvadratmetrdir. Bundan başqa, məşqçi və paltardəyişmə otaqları da mövcuddur. Zalda 150 idmançı cüdo ilə məşğul ola biləcək.
Qeyd edək ki, 2022–2026-cı illərdə Azərbaycan Cüdo Federasiyası tərəfindən Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Bakının Zirə qəsəbəsi, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər, Qax, İmişli, Şabran və Zaqatalanın Mosul kəndində yeni cüdo zalları istifadəyə verilib. Həmçinin Bakı və regionlardakı 195 idman zalına ümumilikdə 14 min tatami paylanılıb.
- Balabəy Ağayev “Böyük Dəbilqə” turnirinin finalına vəsiqə qazanıb
- Azərbaycanda məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir
- İbrahim Talıbov Yay Olimpiya Oyunlarında yarışacaq
- Cüdoçularımızın Əbu-Dabi Böyük Dəbilqəsində rəqibləri bəlli olub
- Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək