Rəşad Nəbiyev Qusarda təlim-məşq toplanışı keçən cüdoçularla görüşüb
19.07.2026 - 14:40
Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev Qusarda təlim-məşq toplanışını davam etdirən kişilərdən ibarət milli komandanın üzvləri ilə görüşüb.
Apasport.az xəbər verir ki, görüşdə dünya çempionatına hazırlığın gedişi, mundial öncəsi əsas hədəflər, komandanın hazırlıq planı və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.
Federasiya prezidenti idmançılar və məşqçilər heyətinə uğurlar arzulayıb, onların dünya çempionatında uğurlu çıxış edəcəklərinə inamını ifadə edib.
- Balabəy Ağayev “Böyük Dəbilqə” turnirinin finalına vəsiqə qazanıb
- Azərbaycanda məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir
- İbrahim Talıbov Yay Olimpiya Oyunlarında yarışacaq
- Cüdoçularımızın Əbu-Dabi Böyük Dəbilqəsində rəqibləri bəlli olub
- Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
0
0