“Bu yarışın təşkilatçılığı çox yüksək səviyyədədir”.
Apasport.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Avropa Cüdo Birliyinin idman komissarı, Olimpiya mükafatçısı Rüstəm Orucov deyib.
Bakıda keçirilən Avropa Cüdo Ümidləri turnirini dəyərləndirən Orucov təşkilatçılıqdan razı qaldığını bildirib: “Bildiyiniz kimi, biz Avropa Cüdo Birliyinin adından buraya gəlmişik. Gördüyümüz təşkilatçılıq çox yüksək səviyyədədir. Mən çox yarışlarda iştirak etmişəm, amma belə yüksək səviyyəli təşkilatçılığa çox nadir hallarda rast gəlinir. Bu turnirin əsas məqsədi gənc idmançıların təcrübə qazanmasıdır”.
O, yarışın məşqçilər üçün də mühüm imkan yaratdığını vurğulayıb: “Bu turnir klub məşqçiləri üçün də yaxşı fürsətdir. Onlar burada məşqçi kimi iştirak edərək öz bilik və təcrübələrini artırırlar”.
Veteran cüdoçu Azərbaycan idmançılarından yüksək nəticələr gözlədiyini də söyləyib: “Əlbəttə ki, idmançılarımızdan qızıl medal gözləyirəm. Gördüyünüz kimi, bizim uşaqlar həm fiziki göstəricilərinə, həm də hazırlıq səviyyələrinə görə rəqabətə tam hazırdırlar”.
Orucovun sözlərinə görə, turnirin ən böyük qazancı medallar deyil, əldə olunan təcrübədir: “Medaldan əlavə ən vacib qazanc təcrübədir. Yarışa iki tanınmış mütəxəssis dəvət olunub. Onlardan biri Yaponiyadan olan üçqat dünya çempionu və Olimpiya mükafatçısı, digəri isə İtaliyadan olan Olimpiya mükafatçısıdır. Onlar gənc idmançılar üçün master-klasslar keçəcəklər. Bu, onların inkişafı baxımından çox önəmlidir. Düşünürəm ki, belə tədbirlərin keçirilməsi olduqca vacibdir”.
- Bakıda Avropa Cüdo Ümidləri Turniri keçiriləcək
- Rəşad Nəbiyev Qusarda təlim-məşq toplanışı keçən cüdoçularla görüşüb
- Rəşad Rəsullu: “Hədəfimiz Bakıda tarixə düşəcək dünya çempionatı keçirməkdir”
- Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının loqosu təqdim olunub
- Cüdo üzrə region birinciliyi keçirilib