Süleyman Şükürov dünya çempionatına qələbə ilə başladı - YENİLƏNİR
08.10.2026 - 10:58
Süleyman Şükürov dünya çempionatına qələbə ilə başladı - YENİLƏNİR

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan təmsilçisi Süleyman Şükürov mübarizəyə qələbə ilə başlayıb.

Apasport.az xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz 1/32 finalda Norveç təmsilçisi Kornelius Eylertsenlə qarşılaşıb.

Rəqibini məğlub edən Şükürov 1/16 finala vəsiqə qazanıb.

O, növbəti mərhələdə yaponiyalı Qoki Tayima ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan cüdoçuları dünya çempionatında indiyədək 4 medal qazanıblar.

Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) isə bürünc medala sahib çıxıblar.

Milli Gimnastika Arenasında keçirilən mundial oktyabrın 11-də başa çatacaq.