Təmsilçilərimiz Krasnoyarskda keçirilən turnirdə 3 medal qazanıblar
16.06.2026 - 16:51
Azərbaycanın gənc cüdoçuları Rusiyanın Krasnoyarsk şəhərində Vladimir Qulidovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 3 medal əldə ediblər.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti açıqlayıb.
Əhməd Rüstəmovla (66 kq) Hüseyn Eyvazlı (100 kq) gümüş, Murad Allahverdiyev (90 kq) isə bürünc mükafatın sahibi olub.
Qeyd edək ki, xatirə turnirində 10 ölkədən 240-dən çox cüdoçu mübarizə aparıb.
- ACF prezidenti milli üzvləri ilə görüşüb
- 16 cüdoçumuz Budapeşt Böyük Dəbilqəsində
- Cüdoçunun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək
- Bakıda dünya çempionatı üçün xüsusi videoçarx – Cüdo ulduzları bir araya gəldi
- Cüdoçularımız Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
0
0