Üçqat olimpiya iştirakçısı Uşanqi Kokauri (+100 kq) qarışıq komandalar arasında cüdo üzrə Çempionlar Liqasında iştirak edəcək.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin idmançısı dekabrın 21-də klub turnirinin keçiriləcəyi Montpelyeyə (Fransa) yollanacaq.
Çempionlar Liqasının iştirak ərizəsində idmançılar klub mənsubiyyəti olmadan qeyd olunublar. Hazırda məlum olan odur ki, yarışda on üç ölkədən 128 cüdoçu iştirak edəcək. Yarış təşkilatçıları hamıdan çox iştirakçı ilə mübarizə aparacaqlar: tatamiyə 38 fransalı cüdoçu çıxacaq.
Qeyd edək ki, ötən həftə Kokauri Azərbaycan çempionu olub.
- Bakıda “Kata for All” kata festivalı start götürüb - FOTO
- Cüdo məşqçiliyi üzrə sertifikat proqramı başa çatıb - FOTO
- Cüdo məşqçiliyi üzrə sertifikatlar təqdim olunub
- Beynəlxalq Cüdo Federasiyasının Bakıda seminarları davam edir
- Dünya çempionatında iştirak edəcək cüdoçularımızın siyahısı müəyyənləşib