Azərbaycanlı UFC döyüşçüsü: “Vətənimdə məğlub olmağı ağlımdan keçirmirəm”
07.05.2025 - 19:49
"İlk raundda uduzmağı sevmirəm”.
Apasport.az xəbər verir ki, bu sözləri azərbaycanlı MMA döyüşçüsü Nazim Sadıxov Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunacaq turniri ilə bağlı danışarkən deyib.
Mətbuat konfransına qoşulan idmançı döyüş barədə fikirlərini bölüşüb:
“Doğma Vətənimdə məğlub olmağı ağlımdan belə keçirmirəm. Döyüşə 100 faiz hazır olacam. Əslində təzyiq məsuliyyət deməkdir. Düşünmürəm ki, başqa problemim olsun".
Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında təşkil olunacaq. Nazim Sadıxovun rəqibi braziliyalı Nikolas Motta olacaq.
- Arman Tsarukyandan növbəti nokaut – UFC-də 11-ci qələbə
- Akif Quluzadə yenidən rinqə çıxır – Döyüş Banqkokda olacaq
- Azərbaycanlı döyüşçü UFC müqaviləsi üçün finalda – Rəqibi qırğız olacaq
- Azərbaycanın MMA idmançıları dünya çempionatında gümüş medallar qazanıblar
- İan Qerri: “Karyeramın ən yaxşı döyüşünü keçirdim”
0
0