Danimarka və İspaniya dünya çempionatının yarımfinalında
26.01.2023 - 00:38
Danimarka və İspaniya dünya çempionatının yarımfinalında

Polşa və İsveçdə keçirilən kişi həndbolu üzrə dünya çempionatında 2 yarımfinalçının adına aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, 1/4 finalda Danimarka Macarıstanı 40:23, İspaniya Norveçi 35:34 (əlavə vaxtda) məğlub edib.

Digər 2 yarımfinalçının adı İsveç – Misir və Fransa – Almaniya oyunlarından sonra müəyyənləşəcək. 

0