Bu il Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün marşal qeydiyyatına start verilib.
Apasport.az xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkəti açıqlayıb.
Qurum marşal proqramına qoşulmaq istəyən namizədləri qeydiyyatdan keçməyə dəvət edib.
Yaşı 21-dən yuxarı olan və dünyanın istənilən ölkəsində yaşayan şəxslər marşal proqramına qoşula bilərlər. Azərbaycan Avtomobil Federasiyası marşal proqramını uğurla tamamlayan iştirakçıları Beynəlxalq Avtomobil Federasiyası tərəfindən tanınan beynəlxalq rəsmi marşal lisenziyası ilə təltif edəcək.
Bu lisenziya marşallara yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində keçirilən "Formula 1" üzrə Qran-prilər və digər avtomobil idmanı yarışlarında iştirak etmək imkanı yaradır.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.
- Azərbaycan kamandan oxatma millisi Qubada Belarus yığması ilə birgə hazırlıq keçirir
- Azərbaycanlı pilot Portuqaliyada qalib oldu - FOTO
- Kros qaçışı üzrə ölkə çempionatı keçirilib - FOTO
- "Üzməyi Öyrənək" layihəsi üzrə məşqçi seminarı yekunlaşıb
- Həsrət Cəfərov: "Hər idmançının arzusu Olimpiadada medal qazanmaqdır"