İsveçli yarımmüdafiəçi "Tottenhem"dən ayrılmaq istəyir
08.04.2025 - 15:56
"Tottenhem"in yarımmüdafiəçisi Deyan Kulusevski yay transfer pəncərəsində klubu tərk edə bilər.
Apasport.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.
Məlumata görə, 25 yaşlı isveçli yarımmüdafiəçi bumövsümkü uğursuzluqdan sonra “Tottenhem”i tərk etmək istəyir.
Qeyd edək ki, Kulusevski 2023-cü ildən "Spurs"da çıxış edir. Bu mövsüm futbolçu bütün turnirlərdə 42 matçda meydana çıxıb, 10 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Kulusevskinin "Tottenhem"lə hazırkı müqaviləsi 2028-ci ilə qədərdir.
- Dünya çempionatında medal qazanan deflimpiyaçılarla görüş keçirilib
- Azərbaycan kamandan oxatma tarixində ilk: Fərid Xəlilov WAE komitəsinə seçildi
- Bakıda inklüziv antidopinq yanaşmalarına həsr olunan beynəlxalq konfrans keçirilib
- Millimiz Avropa çempionatında çıxış edəcək
- Təmsilçilərimizdən Avropa çempionatında gümüş medal
0
0