Lunyov və Kalmıkov final mərhələsində
11.01.2025 - 18:21
Sloveniyanın Ruse şəhərində 10 m məsafədən atəş açma yarışları keçirilir.
Apasport.az xəbər verir ki, kişilərin tapança ilə yarışında təsnifat mərhələsi başa çatıb.
Azərbaycan millisinin yarışa qatılan hər iki snayperi final mərhələsinə yüksəlib. Vladislav Kalmıkov 580 xalla 2-ci, Ruslan Lunyov 576 xalla 6-cı olub.
Qeyd edək ki, 8 atıcının qatılacağı medallar uğrunda həlledici mübarizə Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.
- Rusiya ilə bağlı qərar - BOK məhdudiyyətləri ləğv etdi
- Azərbaycan idmançıları Gürcüstanda keçirilən beynəlxalq turnirdə medal qazanıblar
- MOK rəsmisi İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına qatılıb
- UFC: Rafael Fizievdən erkən nokaut
- Fərman Həsənov: Bəzi problemlər buna imkan vermədi
0
0