Paris-2024: Ruslan Lunyov finala vəsiqə qazana bilməyib - YENİLƏNİB
04.08.2024 - 17:38

Azərbaycan atıcısı Ruslan Lunyov Paris Olimpiadasında 25 metr məsafəyə atəşaçma yarışında mübarizə aparıb.
Apasport.az xəbər verir ki, idmançımız ikinci mərhələdə 291 xal toplayıb.
Beləliklə, təmsilçimiz ümumilikdə 580 xal toplayıb.
Qeyd edək ki, Ruslan Lunyov 29 iştirakçı arasında 18-ci olub.
***
12:26
Azərbaycan atıcısı Ruslan Lunyov Paris Olimpiadasında mübarizəyə start verib.
Apasport.az xəbər verir ki, o, 25 metr məsafədən pnevmatik tapança ilə atəşaçmada ilk mərhələdə 300 mümkün xaldan 289-nu toplayıb.
Qeyd edək ki, idmançımız bu nəticədən sonra 8-ci pillədə qərarlaşıb.
- Triatlon üzrə məşqçilər üçün I dərəcəli kurs başa çatıb
- Avstriya Qran-prisinin qalibi bəlli olub
- AMADA Norveçdə keçirilən antidopinq konfransında moderatorluq edib
- Stend Atıcılığı üzrə Federasiya Kuboku start götürüb
- Azərbaycan ilk dəfə Xizək Alpinizmi üzrə dünya çempionatı keçiriləcək - TARİXDƏ İLK DƏFƏ
0
0