“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib - VİDEO
25.04.2024 - 19:16
“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib - VİDEO

Aprel ayının 25-də Azərbaycan Sərhəd Mühafizəsinin 105 illiyi ərəfəsində Dövlət Sərhəd Xidməti, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Lənkəran” sərhəd dəstəsində keçirilən “Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin təntənəli açılış mərasimi keçirilib.

Apasport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin, Elm və Təhsil Nazirliyinin regional idarələrinin nümayəndələrinin də qatıldığı mərasimdə çıxış edənlər belə tədbirlərin məktəblilərin hərbi-fiziki hazırlığının inkişaf etdirilməsi, Vətəninə, xalqına sadiq, sağlam düşüncəli gənclərin yetişdirilməsi, sərhədçi peşəsinə marağın artırılması və onların hərtərəfli formalaşmalarında əhəmiyyətli rolunu qeyd ediblər.

Tədbir iştirakçıları və qonaqlar Lənkəran rayon Mədəniyyət evinin kollektivi tərəfindən təşkil olunan konsert proqramını izlədikdən sonra sərhədçilərin xidmət və məişət şəraiti ilə tanış olublar.

“Lənkəran” sərhəd dəstəsində davam edən oyunların final mərhələsi may ayının 1-dək davam edəcəkdir.

1