UFC: Aliskerov reytinq döyüşlərinə DOĞRU
27.06.2026 - 20:57
UFC: Aliskerov reytinq döyüşlərinə DOĞRU

Bakıda keçirilən “UFC Fight Night: Fiziev vs. Torres” tədbiri davam edir.

“Apasport”un ezam olunmuş əməkdaşının məlumatına görə, hazırda əsas kartın döyüşləri keçirilir.

Növbəti görüş orta çəki dərəcəsində baş tutub.

Rusiya təmsilçisi İkram Aliskerov Braziliyadan olan Brunno Ferreyra ilə qarşılaşıb.

Hər üç raund dağıstanlı idmançının üstünlüyü ilə keçib. Zərbələrin və teykdaunların sayında böyük fərqə imza atan Aliskerov hakimlərin yekdil qərarı ilə qalib olub.

Bu qələbədən sonra onun reytinq döyüşlərinə çıxması gözlənilir.

Qeyd edək ki, gecənin əsas döyüşündə Rafael Fiziev Manuel Torreslə qarşılaşacaq.