Azərbaycan Atıcılıq Federasiyasının (AAF) və Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının (ISSF) rəhbərləri arasında görüş keçirilib.
Apasport.az xəbər verir ki, görüş Bakıda keçirilən Dünya kubokunun açılış mərasimi ərəfəsində baş tutub.
ISSF-in prezidenti Luçiano Rossi ilə baş katibi Alessandro Nikotra di San Giakomo AAF-ın prezidenti Vilayət Eyvazov və vitse-prezidenti İsmət Əliyevlə bir sıra məsələləri müzakirə ediblər. Görüşdə Bakı Atıcılıq Mərkəzinin strukturu daxilində gələcək əməkdaşlıqlar, Azərbaycanın atıcılıq idman növündə olan böyük ənənə və fədakarlıqla da bağlı söhbət olub.
Rossi AAF prezidentini Eyvazovu ISSF-nın qızıl medalı və İtaliya Olimpiya Komitəsinin 100 illiyinə həsr olunmuş xatirə kitabı ilə təltif edib.
Qeyd edək ki, Bakıda keçirilən Dünya kuboku mayın 12-dək davam edəcək.
- Xiaomi Bakıda yeni Xiaomi 17T seriyasının təqdimatında texnologiya və futbolu bir araya gətirdi
- Antonelli Monako Qran-prisini lider tamamlayıb
- Azərbaycan dopinqlə bağlı Fransada keçirilən beynəlxalq konfransda təmsil olunub
- Dünya çempionatında medal qazanan deflimpiyaçılarla görüş keçirilib
- Azərbaycan kamandan oxatma tarixində ilk: Fərid Xəlilov WAE komitəsinə seçildi