Azərbaycanın xizək alpinistləri Nəbiyulla Qələbəqiyev, Ramin Beybutov, Elməddin Həsənov, Nurid Şəkərəliyev və Abel İsmixanov Türkiyənin İsparta şəhərinin Davraz xizək mərkəzində keçirilən ölkə çempionatında iştirak ediblər.
Apasport.az xəbər verir ki, yarışın sprint növü üzrə U-18 kateqoriyasında Nəbiyulla Qələbəqiyev 3 ölkənin 11 idmançısı arasında birinci yeri tutub.
Eyni kateqoriyada mübarizə aparan Ramin Beybutov dördüncü olub. Abel İsmixanov U-16 kateqoriyasında 13 idmançı arasında birinci, Nurid Şəkərəliyev isə ikinci yeri tutub.
U-14 kateqoriyasında isə Elməddin Həsənov 5 idmançı arasında ikinci yerə sahib olub.
Yarışın "mixed relay" növünün böyüklər kateqoriyasında Nəbiyulla Qələbəqiyev və Ramin Beybutov 9 komanda arasında 1-ci yeri tutublar. U-14 kateqoriyasında mübarizə aparan Elməddin Həsənov isə 2-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, Xizək Alpinizmi üzrə Türkiyə Çempionatı 14-16 mart tarixlərində keçirilib.
- Azərbaycan təmsilçiləri Türk Dövlətlərinin Xizək Kubokunda iki medal qazanıblar
- Bu gün XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
- İdmançımız beynəlxalq yarışda gümüş medal qazanıb - FOTO
- Cəfərov Madeyrada mövsümün son yarışını uğurla başa vurdu - FOTO
- Türkiyəli mütəxəssis Bakıda kamandan oxatma hakimliyi üzrə təlimlər keçib - FOTO