[b]Vitse-prezident çempionu canlı izlədi - FOTOSESSİYA[/b]
21.04.2017 - 21:44
Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, birinciliyin ikinci günündə 3 idmançımız tatami üzərinə çıxıb ki, onlardan ikisi medal qazanıb.
73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov qızıl, Rüstəm orucov isə bürünc medal qazanıb.
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov hər iki idmançımızın çıxışını canlı izləyib.
0
0