Aleks Ferqyusonun atı ilə böyük UDUŞ
01.02.2023 - 14:39
Aleks Ferqyusonun atı ilə böyük UDUŞ

Bukmeker kontorlarında növbəti böyük uduş qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, proqnozsevər at yarışlarında qazanc əldə edib.

O, yürüşün başlamasına cəmi 9 dəqiqə qalmış 4 mərc edib. Bu atlardan birinin sahibi “Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyusondur.

Həm əfsanəvi mütəxəssisin atı, həm də digər üç yürüş iştirakçısı betterin təxminlərini doğruldub. Nəticədə 2 funt sterlinq mərc edən proqnozsevər 6 min 716 funt sterlinq uduşa sahib çıxıb.

0