Çempionluq MƏRCİ
02.05.2023 - 19:28
Çempionluq MƏRCİ

Bukmeker kontorlarında böyük mərc qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, proqnozsevər Avropanın 5 hokkey liqasında çempionla bağlı təxmin edib.

Betterin bu mərcinin ümumi əmsalı 197,5313-ə bərabər olub. O, çempionların proqnozuna 10 min rubl (212 manat) qoyub.

Finlandiya, Avstriya, Almaniya, Danimarka və Norveçdə final seriyalarının bitməsi müştəriyə sevinc gətirib. O, 1 milyon 975 min 313 rubl (41 min 876,64 manat) uduşa sahib çıxıb.

Finlandiya: “Tappara” (3,00)
Avstriya: “Red Bull Zalsburq” (3,50)
Almaniya: “Red Bull Münhen” (2,15)
Danimarka: “Olborq Payrets” (3,50)
Norveç: “Stavanqer Oylers” (2,50)

0