Dünya idmanında 4-cü milyarder
30.10.2023 - 15:11
Dünya idmanında 4-cü milyarder

Dünya milyarderləri siyahısına daha bir idmançı daxil olub.

Apasport.az xəbər verir ki, bunu “Forbes” açıqlayıb.

“Los-Anceles Leykers”in sabiq basketbolçusu Mecik Consonun varidatı 1 milyard dolları keçib. 64 yaşlı basketbol veteranı artıq 1,2 milyarda malikdir. O, bu məbləğin böyük hissəsini idmançı karyerasını başa vurduqdan sonra qazanıb.

Milli Basketbol Assosiasiyasının 5 qat çempionu hazırda üç klubda pay sahibidir. Bu Los-Ancelesi təmsil edən bu komandalar beysbol, futbol və qadın basketbolu liqalarında mübarizə aparır.

Consona qədər yalnız üç idmançının qazancı 1 milyardı keçib. Bunlar basketbolçular Maykl Cordan, Lebron Ceyms və qolf əfsanəsi Tayger Vudsdur.

Qeyd edək ki, karyerası ərzində yalnız “Los-Anceles Leykers”də oynamış Conson 5 dəfə (1980, 1982, 1985, 1987, 1988) çempionluq yaşayıb, həmçinin Barselona-1992 Yay Olimpiya Oyunlarının qalibi olub. 
 

0