Ferstappen birinci, “Red Bull” çempion oldu
24.09.2023 - 14:01
Ferstappen birinci, “Red Bull” çempion oldu

Maks Ferstappen Formula-1 üzrə  Yaponiya Qran-Prisinin qalibi olub.

Apasport.az saytı xəbər verir ki, hollandiyalı sürücü bu mövsüm 13-cü qələbəsinə imza atıb.

Suzuka trasında keçirilən yarışda növbəti yerləri “Maklaren” pilotları tutublar. Lando Norris ikinci, Oskar Piastri üçüncü olub. Bu qələbədən sonra “Red Bull” mühəndislər kubokunda birinciliyi təmin edib. Avstriya komandası 623 xalla “Mersedes”i  318 xal qabaqlayır.

Qeyd edək ki, hesabında 400 xal olan Ferstappen növbəti yarışda Formula-1 üzrə üçüncü dəfə çempion ola bilər. Qətər Qran-Prisi oktyabrın 8-də keçiriləcək.
 

0