"Formula 1" pilotları Türkiyə və Suriyada baş verən zəlzələyə biganə qalmayıblar.
Apasport.az xəbər verir ki, "Mercedes"in Qrenada mənşəli britaniyalı pilotu, yeddiqat dünya çempionu Luis Hamilton sosial şəbəkə hesabında bunları bildirib:
"Türkiyə, Suriya və ətraf ərazilərdə baş verən zəlzələ artıq minlərlə insanın həyatını alıb. Minlərlə insan xəsarət görüb. Axtarışlar və dağıntılardan xilasetmə əməliyyatları davam etdiyindən, bu sayın artacağı gözlənilir. Ailələr, evlər və canlar məhv olub".
Daha sonra 38 yaşlı pilot Beynəlxalq Qırmızı Xaç Cəmiyyətində açılmış hesaba pul ianə edilməsi üçün çağırış edib. Həmçinin, "Ferrari"nin ispaniyalı pilotu Karlos Sayns, "Ferrari"nin monakolu pilotu Şarl Lekler, "Mercedes"in britaniyalı pilotu Corc Rasell, "Haas"ın sabiq alman pilotu Mik Şumaxer və "Alpine"in fransalı pilotu Esteban Okon oxşar paylaşımlarla yadda qalıb.
- İtaliya Qran-prisi rekordlarla yadda qaldı, Azərbaycan Qran-prisi yaxınlaşır
- İdmançılarımız Türkdilli Dövlətlərin III Universiadasını 9 medalla başa vurublar - FOTO
- Piastri liderliyi qoruyur, Norris podiumdan kənarda
- Avropa Gənclər Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib - FOTO
- Avropa Gənclər Paralimpiya Oyunlarında Azərbaycan bayrağını daşıyacaq idmançılar bəlli olub