“Formula 1”: Üçüncü sərbəst yürüşə yekun vuruldu - YENİLƏNİB
25.09.2026 - 13:33
"Formula 1" üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüşə yekun vurulub.
Apasport.az xəbər verir ki, yürüş 12:30-da başlayıb.
Ən yaxşı nəticəni "Red Bull" göstərib. Komandanın pilotu Maks Ferstappen yarışı lider tamamlayıb.
İlk iki sınaq yürüşündə ən yaxşı nəticəni "Mersedes" göstərib. Komandanın pilotu Corc Rassell yarışları lider tamamlayıb.
Qeyd edək ki, Bakıdakı Qran-pri sentyabrın 26-da başa çatacaq.
0
0