Heç-heçəyə RİSK
10.04.2023 - 19:31
Heç-heçəyə RİSK

Bukmeker kontorlarında təkli kupona böyük mərc qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, proqnozsevər Milli Hokkey Liqasına mərc gəlib.

O, “Minnesota” – “Veqas” matçının əsas vaxtının heç-heçə bitəcəyini proqnozlaşdırıb. Better bu varianta 113 min rubl (2 min 361,7 manat) qoyub.

Təkli mərcin əmsalı 5,10-a bərabər olub. Qarşılaşmanın əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Müştəri böyük riskin qarşılığında 576 min 300 rubl (12 min 44,67 manat) uduşa sahib çıxıb.

Qeyd edək ki, 3:3 hesabı ilə bitən görüşün bullitlər seriyasında “Veqas” üstün olub – 3:2.

0