Maqnus Karlsendən gözlənilməz məğlubiyyət
12.10.2023 - 20:53
Maqnus Karlsendən gözlənilməz məğlubiyyət

Maqnus Karlsen Qatar Masters Openin ikinci turunda gözlənilməz məğlubiyyət alıb.

Apasport.az saytı xəbər verir ki, dünyanın bir nömrəli şahmatçısı qazaxıstanlı rəqibinə uduzub.

Dünya reytinqində 578-ci olan Alişer Süleymanov norveçli zəka sahibini 31-ci gedişdə mat qoyub. Karlsen məğlubiyyəti barədə açıqlama verib. O, rəqibini qələbə münasibətilə təbrik edərək, onun buna layiq olduğunu bildirib. Karlsen təşkilatçılıqla bağlı narazılığını dilə gətirib. Norveçli oyunların keçirildiyi zalda tamaşaçıların maneçilik törətdiklərini deyib.

Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən turnirin mükafat fondu 150 milyon dollardır.

 

0