Paris-2024: İdmançılarımızın bugünkü proqramı
28.07.2024 - 09:39
Paris-2024: İdmançılarımızın bugünkü proqramı

Paris Yay Olimpiya Oyunlarının ikinci günündə daha bir neçə təmsilçimiz güclərini sınayacaq. 

Apasport.az xəbər verir ki, millimizin üç idmançısı bu gün mübarizəyə qoşulacaq.

Cüdo yığmamızın iki üzvü tatamiyə çıxacaq.

Yaşar Nəcəfov 66 kq çəkidə gücünü yoxlayacaq. Olimpiya millimizin bayraqdarı Gültac Məmmədəliyeva isə 52 kq çəkidə tatamiyə çıxacaq.

Eyni zamanda boks millimiz üçün də Olimpiada həyəcanı başlayır. Rinqə çıxacaq ilk təmsilçimiz Alfonso Dominqes olacaq. O, 92 kq çəkidə 1/8 final döyüşünə çıxacaq.

28 iyul
12:00. Cüdo, kişilər, 66 kq

1/16 final
Yaşar Nəcəfov – Straxinya Bunçiç (Serbiya)

12:00. Cüdo, qadınlar, 52 kq
1/16 final
Gültac Məmmədəliyeva – Anjelika Delqado (ABŞ)

18:18. Boks, 92 kq
1/8 final
Alfonso Dominqes - Xulio Sesar la Krus (Kuba)

0