Paris-2024 mükafatçıları medalları qaytarır - SƏBƏB
14.01.2025 - 11:18
Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunları ilə bağlı daha bir qalmaqal gündəmə gəlib.
Apasport.az xəbər verir ki, turnirin mükafatçıları qazandıqları medalları geri qaytarmağa başlayıblar.
Fransa mətbuatında bildirilir ki, artıq 100-dən çox medal Təşkilat Komitəsinə göndərilib.
Buna səbəb isə öncədən də məlum olduğu kimi, medalların çürüməsidir.
Atletlər əsasən bürünc medalların sürətlə keyfiyyətini itirdiyini söyləyirlər. Onlar öz etirazlarını mükafatları geri qaytararaq göstəriblər.
Xatırladaq ki, Paris-2024-də Azərbaycan yığması 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb.


- Xizək Alpinizmi üzrə Avropa Çempionatının üçüncü gününə yekun vurulub - FOTO
- Xizək Alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokunun açılış mərəsimi keçirilib - FOTO
- Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanıb
- Qış Olimpiya Oyunlarına yekun vurulub
- Bu gün XXV Qış Olimpiya Oyunlarının bağlanış mərasimi keçiriləcək
0
0