[b]Dmitri Nazarovun komandası II Bundesliqada qaldı[/b]
22.05.2018 - 22:31
Almaniya II Bundesliqasının düşmə qrupunda cavab oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, mövsümü 16-cı pillədə başa vuran “Aue” III Bundesliqanın 3-cüsü “Karlsrue” ilə qarşılaşıb.
İki oyundan ibarət mübarizənin ilk qarşılaşması qolsuz bərabərə nəticələnmişdi. Erzqebirqedə baş tutan cavab matçında “Aue” 3:1 hesablı qələbə qazanıb. Soren Bertramın het-trik etdiyi oyunda Nazarov meydana 71-ci dəqiqədə daxil olub.
Bu qalibiyyət sayəsində “Aue” II Bundesliqadakı yerini qoruyub.
0
0