Topaz Premyer Liqasının XXIII turunda “Qəbələ” doğma meydanda “Səbail”i qəbul edib. Apasport.az saytının məlumatına görə, görüş 1:1 hesablı bərabərliklə başa çatıb.
Bu nəticə ilə “qırmızı-qaralar” mövsümdə ardıcıl 4 oyundan da sülhlə ayrılıb. Bununla da Roman Qriqorçukun komandası ardıcıl heç-heçələrin sayında liderliyə yüksəlib.
Daha əvvəl “Zirə” və “Keşlə” ilə şərik olan əyalət klubu hər iki komandanın hesabat turunda məğlub olması ilə tək qalıb.
Maraqlıdı ki, “Qəbələ” 4 oyunda eyni hesabı – 1:1 təkrarlayıb.
Azərbaycan çempionatları tarixinin ən uzun heç-heçə seriyası isə 5 oyundan ibarətdi. Belə sülh sindromuna 6 dəfə təsadüf olunub. “Neftçi” iki, “Qarabağ”, “Keşlə”, “Kəpəz” və “Şüvəlan” hərəyə bir dəfə belə seriyayla diqqət çəkib.