Azərbaycan gimnastları Dünya Kubokunda daha iki medal qazanıblar
22.02.2026 - 14:57
Tamblinq gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Bakıda keçirilən Dünya Kubokunda daha iki medal qazanıblar.
Apasport.az xəbər verir ki, Mixail Malkin 29,800 xalla qızıl, Tofiq Əliyev isə 29,300 xalla gümüş mükafata sahib çıxıb.
Daha əvvəl batut gimnastı Selcan Mahsudova fərdi proqramda ikinci olub.
Qeyd edək ki, 6 ölkədən 66 gimnastın iştirak etdiyi turnirə bu gün yekun vurulacaq.
- Dünya kubokunda final: Gimnastlarımız üçün medal şansı
- Akrobatika və aerobika gimnastikası üzrə beynəlxalq turnirdə ikinci gün başa çatıb
- Gimnastlarımız Avropa çempionatında iştirak edib
- Dünya Kubokunda iştirak edəcək ölkələr müəyyənləşib
- Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə Dünya Kubokunda 11 ölkə iştirak edəcək
0
0