AMADA güləşçimizi 36 aylıq diskvalifikasiya edib
20.06.2025 - 12:38
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) güləşçi Aslan Abakarovu 36 aylıq diskvalifikasiya edib.
Apasport.az xəbər verir ki, buna idmançıdan analizdə qadağan edilmiş maddə və ya onun metabolitləri, markerlərinin mövcudluğu və idmançı tərəfindən qadağan edilmiş maddə, qadağan edilmiş üsuldan istifadə və ya istifadə cəhdi səbəb olub.
Fevralın 7-də tətbiq edilən sanksiyanın müddəti 2028-ci il fevralın 7-də başa çatacaq.
Qeyd edək ki, 21 yaşlı güləşçi 2024-cü ilin dekabrında keçirilmiş Azərbaycan çempionatında 97 kq çəki dərəcəsində bürünc medal qazanıb.
- Azərbaycan Güləş Federasiyasında yeni komitə təsis edilib
- Azərbaycan Güləş Federasiyası MÜTDA ilə birlikdə yeni layihəyə start verib
- Azərbaycanın sərbəst güləş millilərində yeni məşqçi təyinatları olub
- Millinin baş məşqçisi Vyetnamda təlim keçib
- Azərbaycanın güləş yığmaları hazırlıqları müxtəlif bölgələrdə davam etdirirlər
0
0