Azərbaycan güləşçiləri Türkiyənin Antalya şəhərində keçirilən "Çempionlar" turnirini 13 medalla başa vurublar.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti açıqlayıb.
Turnirin son günündə 4 güləşçimiz fəxri kürsüyə qalxıb. Sərbəst güləşdə Bəşir Verdiyevlə (65 kq) Yusif Dursunov (125 kq) gümüş, Muxamad Qantemirov (125 kq) isə bürünc medal qazanıb.
Yunan-Roma güləşində Tural Əhmədov (63 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub.
Sərbəst güləş üzrə Azərbaycan millisi 119 xalla komanda hesabında 3-cü pillədə yer alıb.
Beləliklə, "Çempionlar" turnirində güləşçilərimiz ümumilikdə 13 (3 qızıl, 4 gümüş, 6 bürünc) medal əldə ediblər.
- Millimiz dünya çempionatına Bakıda hazırlaşır
- Bakı Güləş Məktəbinə 47 şagird qəbul olunub
- Qadın güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsrət Məmmədyarov vəfat edib
- Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib
- Çimərlik güləşi: Millimizin heyəti bəlli oldu