Avropa çempionatlarına yekun vurulub - STATİSTİKA
11.07.2024 - 18:18
Avropa çempionatlarına yekun vurulub - STATİSTİKA

Güləş üzrə Avropa çempionatları mövsümü başa çatıb.

Apasport.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyası yekun statistika paylaşıb. 

Müxtəlif yaş kateqoriyaları üzrə keçirilən 4 Avropa çempionatında ümumilikdə 80 medal əldə etmişik. Güləşçilərimiz ölkəmizə 19 qızıl, 24 gümüş və 37 bürünc medal qazandırıb.

Bu il müxtəlif yaş kateqoriyaları üzrə komandalarımız 7 dəfə Avropa çempionu olub. 4 komandamız isə ilk 3-lükdə digər yerləri tutub.  

Qeyd edək ki, 12 fevralda başlayan qitə birincilikləri seriyası 7 iyulda bitib.
 

0