Azərbaycan güləşçisi erməniyə qalib gəlib finala yüksəldi
02.07.2024 - 20:18

Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, bu gün Yunan-Roma güləşçisi İsmayıl Rzayev finala yüksəlib.
O, təsnifat mərhələsində israilli Omer Baraka 8:0, 1/8 finalda bolqarıstanlı Martin Şişekova tuşla, 1/4 finalda xorvatiyalı Antonio Lukaça 9:0 hesdabı ilə qalib gəlib. Rzayev yarımfinalda ermənistanlı Erik Motevosyanı 2:1 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.
Qeyd edək ki, final görüçü sabah keçiriləcək.
- Güləşçilərimiz Avropa çempionatında daha 2 medal qazanıb
- İslam Bazarqanov: "Yarımfinalda özümə inanmadığım üçün məğlub oldum"
- Güləşçilərimiz Avropa çempionatında bürünc medal qazanıb
- Güləşçilərimiz Avropa çempionatının yarımfinal mərhələsində məğlub olublar
- Beş güləşçimiz Avropa çempionatında mübarizəyə başlayacaq
0
0