Cocu Səmədovdan gümüş medal
03.09.2024 - 21:56
Cocu Səmədovdan gümüş medal

İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir

Apasport.az xəbər verir ki, bu gün yunan-Roma güləşçiləri arasında ilk medalçılar müəyyənləşib.

87 kq çəkidə Cocu Səmədov finala qədər bütün rəqiblərini məğlub edib. Azərbaycan təmsilçisi yalnız həlledici matçda Qırğızıstan güləşçisinə uduzaraq, gümüş medalçı olub - 0:8.

Qeyd edək ki, Azərbaycan yığması mundialda 25 idmançı ilə təmsil olunur. Dünya çempionatına sentyabrın 8-də yekun vurulacaq.

0