Dünya Çempionatı: Orxan Həbibli qələbə ilə başladı
27.07.2026 - 10:45
Azərbaycanın yunan-Roma güləşçisi Orxan Həbibli Bakıda keçirilən U-17 dünya çempionatına qələbə ilə start verib.
Apasport.az xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı təsnifat mərhələsində Çexiya təmsilçisi Qaspar Sançezlə qarşılaşıb.
Həbibli görüşü inamlı keçirərək rəqibini 8:0 hesabı ilə məğlub edib və növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, Bakıda davam edən U-17 dünya çempionatına avqustun 2-si yekun vurulacaq.
- Hacı Əliyev: “Hər bir güləşçimizdən uğurlu nəticə gözləyirəm”
- Dünya çempionatının biletləri satışa çıxarılıb
- Güləşçimizdən Budapeştdə qızıl medal
- Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatına rekord sayda iştirakçı qatılacaq
- Azərbaycan güləşçiləri Budapeştdə ilin son reytinq turnirində çıxış edəcəklər
0
0