Budapeştdə Macarıstanın tanınmış güləş məşqçisi İmre Baracsinin xatirəsinə yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.
Apasport.az xəbər verir ki, ənənəvi yarışda U20 yaş qrupu üzrə millinin bir neçə üzvü iştirak edib.
Məşqçi Emin Əhmədovun rəhbərliyi altında Kamran Rəcəbli (72 kq), Cavad Məmmədov (77 kq), Elmin Əliyev (82 kq) və Məzaim Mərdanov (130 kq) Memorialda mübarizə aparıb.
U17 Avropa çempionatının bürünc mükafatçısı Elmin Əliyev bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yarış bitdikdən dərhal sonra güləşçilərimiz Macarıstan Tata şəhərinə yollanıb. Belə ki, təmsilçilərimiz aprelin 27-dən mayın 2-dək bu şəhərdə bir neçə komandanın iştirakı ilə keçiriləcək təlim-məşq toplanışına qatılıb.
- Azərbaycan güləşçilərindən beynəlxalq turnirdə 8 medal
- Millimiz dünya çempionatına Bakıda hazırlaşır
- Bakı Güləş Məktəbinə 47 şagird qəbul olunub
- Qadın güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsrət Məmmədyarov vəfat edib
- Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib