
Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-17 Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, qitə birinciliyinin beşinci günündə sərbəst güləşçilər mübarizəyə qoşulub.
Onlardan üçü yarımfinalda iştirak hüququ qazanıb. İki güləşçimiz qalib gələrək, finala yüksəlib.
U-17 Avropa çempionatı
Sərbəst güləş
48 kq
Rəvan Həsənzadə polşalı Przemislav Mrozekə 7:0 hesabıyla, slovakiyalı Attila Hegedusa isə tam üstünlüklə (10:0) qalib gələrək yarımfinala yüksəlib. Rəvan yarımfinalda türkiyəli Sadık Ateşoğulları ilə qarşılaşıb. 6:2 hesabı qalib gələn güləşçimiz finala vəsiqə qazanıb.
55 kq
Ruslan Əlizadə slovakiyalı İvan Jaksıka tam üstünlüklə (10:0), belaruslu Qleb Piatrova 4:2 hesabıyla qalib gələrək yarımfinala vəsiqə qazanıb. Ruslan yarımfinalda ermənistanlı Armen Papikyanla üz-üzə gəlib. 8:4 hesbaı ilə güclü olan Ruslan finala yüksəlib.
110 kq
Hakim Tağıyev ruminiyalı Sebastyan Braileskuya "tuş"la və bolqarıstanlı Halil Sadakova 3:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Hakim yarımfinalda gürcüstanlı Murtaz Baqdavadze ilə qarşılaşıb. 0:2 uduzub Hakim sabah bürünc uğrunda güləşəcək.
Yarımfinallar Bakı vaxtı ilə 18:45-də başlayacaq.
Qeyd edək ki, bu gün Nəzrin Əhmədli (46 kq) təsəlliverici görüşdə Şimali Makedoniya təmsilçisi Spasila Vasilevaya "tuş"la qalib gəlib. O, bürünc medal uğrunda görüşdə Almaniyanı təmsil edən soydaşımız Mədinə Bayramova ilə güləşəcək.