Sabah Xorvatiyanın Poreç şəhərində çimərlik güləşi üzrə yeniyetmə (U15, U17) və gənclər (U20) arasında Avropa çempionatına start veriləcək.
Apasport.az xəbər verir ki, 2 gün davam edəcək yarışın ilk günündə yeniyetmələr, ikinci günündə isə gənclər arasında qaliblər müəyyənləşəcək.
Qitə birinciliyində ölkəmiz U17 yaş qrupunda təmsil olunacaq. Baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Rəşid Nazarov (60 kq), Ayxan Quliyev, Ruslan Vəliyev (hər ikisi 70 kq) və Nihad Süleymanlı (80 kq) uğur qazanmağa çalışacaq.
Laquna çimərliyində keçiriləcək yarış Bakı vaxtı ilə 12:00-də başlayacaq. Gündüz seansında qrup mərhələsinin görüşləri keçiriləcək. 19:00-dan etibarən isə medallar uğrunda qarşılaşmalar baş tutacaq.
Avropa çempionatında I-S dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyacaq.
- Dörd güləşçimiz Dünya Seriyasında çıxış edəcək
- Prezident İlham Əliyev: İdmançılarımızın özlərini layiqincə aparmaları məni çox sevindirir
- Dövlət başçısı: Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar, mən buna şübhə etmirəm
- Prezident: Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur
- Azərbaycan Prezidenti: İdmançılarımızda qələbə əzmi çox güclüdür