Güləşçilərimizin DÇ-dəki çıxışı davam edir
24.08.2024 - 16:04
Güləşçilərimizin DÇ-dəki çıxışı davam edir

İordaniyanın Amman şəhərində keçirilən güləş üzrə U-17 Dünya Çempionatı davam edir. 

Apasport.az xəbər verir ki, bu gün sərbəst güləşçilərimiz döşək üzərinə çıxıb: 

45 kq

Rəvan Həsənzadə gürcüstanlı Levan Nozadzeyə "tuş"la qalib gələrək 1/8 finala yüksəlib. O, daha sonra monqolustanlı Oçirxu Badarxa 6:3 hesabıyla qalib gələrək 1/4 finala adlayıb. Həsənzadə belaruslu Kiril Nikitsikə də tam üstünlüklə (12:2) qalib gələrək yarımfinala vəsiqə qazanıb. Rəvan yarımfinalda iranlı Amirabbas Ramezanibazarmahalleh ilə güləşəcək.

51 kq

Muhəmməd İsmayılov iranlı Sam Arşadğasabsarayiyə  5:4 hesabıyla qalib gəlsə də, 1/4 finalda qırğızıstanlı Marlen Abdraimova sonuncu xal prinsipinə əsasən (4:4) məğlub olub.

60 kq

Hüseyn İsmayılov britaniyalı Danuş Jovkara (4:1), daha sonra isə iranlı Fərhad Xateriyə 3:2 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Hüseyn yarımfinalda ermənistanlı Hayk Avanesyanla güləşəcək.

71 kq

Nihad Abasov 1/8 finalda amerikalı Melvin Millerə  (0:11) məğlub olub.

80 kq

Məhəmməd Abbaszadə təsəlliverici görüşlərdə monqolustanlı Qanbat Tserenpuntsaq (tuş) və hindistanlı Vevik Vevikə (10:0) tam üstünlüklə qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb.

92 kq

Fərhad Süleymanlı təsnifat mərhələsində amerikalı Con Diakomihalisə 3:7 hesabıyla məğlub olub.

110 kq

Muxamad Qantemirov təsəlliverici görüşdə belaruslu Yaraslav Koxan (AİN) xalçaya çıxmadığı üçün bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb.

Qeyd edək ki, yarımfinal görüşləri Bakı vaxtı ilə 18:00-da başlayacaq. 

0