Güləşçimiz bürünc medal qazandı
29.10.2024 - 20:59
Bu gün Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziadada qadın güləşi üzrə qaliblər müəyyənləşib.
Apasport.az xəbər verir ki, ölkəmizi yeniyetmə və gənclərdən ibarət millinin böyük məşqçisi Rövşən Umudovun rəhbərliyi altında 4 güləşçi təmsil edib.
Onlardan üçü fəxri kürsüyə qalxıb. Nəzrin Əhmədli (43 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Esra Məmmədli (57 kq) gümüş medal qazanıb. Fatimə Bayramova (53 kq) isə bürünc medalı boynundan asıb.
Beləliklə, qadın güləşçilərimiz Bəhreyndə 1 dəst medal əldə edib.
- Azərbaycan Güləş Federasiyasında yeni komitə təsis edilib
- Azərbaycan Güləş Federasiyası MÜTDA ilə birlikdə yeni layihəyə start verib
- Azərbaycanın sərbəst güləş millilərində yeni məşqçi təyinatları olub
- Millinin baş məşqçisi Vyetnamda təlim keçib
- Azərbaycanın güləş yığmaları hazırlıqları müxtəlif bölgələrdə davam etdirirlər
0
0