Güləşçimiz ikinci dəfə dünya çempionu olub
21.08.2024 - 20:04
Güləşçimiz ikinci dəfə dünya çempionu olub

Ammanda keçirilən güləş üzrə U-17 Dünya Çempionatı davam edir. 

Apasport.az xəbər verir ki, 51 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Turan Daşdəmirov bu gün final görüşünə çıxıb.

Onun rəqibi qırğızıstanlı Kutman Kalbayev olub. 5:3 hesabı ilə qalib gələn güləşçimiz dünya çempionu tituluna yiyələnib.

Qeyd edək ki, bu, Turan Daşdəmirovun ikinci dünya çempionluğudur.

0