Güləşçimiz reytinq turnirində finala vəsiqə qazanıb
06.06.2024 - 15:49
Güləşçimiz reytinq turnirində finala vəsiqə qazanıb

Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində Maqomedxan Maqomedov (97 kq) finala vəsiqə qazanıb.

Apasport.az xəbər verir, 2 idmançımız - Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (65 kq) yarımfinalda məğlub olublar.

Giorgi Meşvildişvili (125 kq) isə zədələndiyi üçün 1/4 finalda mübarizəni dayandırıb.

Qeyd edək ki, iyunun 9-da başa çatacaq yarışda Azərbaycanın yunan-Roma güləşçiləri də çıxış edəcəklər.

0