Güləşçimiz yarımfinala yüksəlib
21.08.2024 - 16:05
Güləşçimiz yarımfinala yüksəlib

İordaniyanın Amman şəhərində keçirilən güləş üzrə U-17 dünya çempionatında millimiz daha bir uğur əldə edib.

Apasport.az xəbər verir ki, mundialın üçüncü günündə qız güləşçilər xalçaya çıxıblar.

Yekunda təmsilçilərimizdən biri yarımfinala adlayıb. 49 kq-da yarışan Esra Məmmədli qırğızıstanlı Feruza Akmatbekova (8:1) və macarıstanlı Sonya Nemetə (4:0) qalib gələrək yarımfinala yüksəlib. O, finala gedən yolda yaponiyalı Utaha Yui ilə qarşılaşacaq.

Qeyd edək ki, millimiz mundiala 6 qız güləşçi ilə yollanıb.

0