Hacı Əliyev karyerasını bitirib
11.08.2024 - 19:48
Hacı Əliyev karyerasını bitirib

65 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçi Hacı Əliyev peşəkar karyerasını başa vurub.

Apasport.az xəbər verir ki, o bu barədə sosial şəbəkədə paylaşım edib:

"Son" başlığı ilə edilən paylaşımda deyilib: "Əziz doğma xalqım. Artıq uzun illərdir ki, çoxlu qələbələr gətirmişəm və hər dəfə qələbə qazanıb bayrağımız ən zirvələrə qaldırmaq və himnimizi səsləndirmək mənim üçün böyü şərəf olub".

Qeyd edək ki, Hacı Əliyev Paris-2024 Olimpiadasında 1/4 finalda İzmail Muszukayevə məğlub olaraq (3:10) çıxışını başa vurub.

0