Həsrət Cəfərov Paris Olimpiadasında iştirak edəcək ən gənc güləşçilər sırasındadır
15.07.2024 - 17:57
Həsrət Cəfərov Paris Olimpiadasında iştirak edəcək ən gənc güləşçilər sırasındadır

Dünya Güləş Birliyi (UWW) “Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak edəcək ən gənc güləşçilərin adlarını açıqlayıb.

Apasport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 15 idmançının yer aldığı siyahıda Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) da var. 21 yaşlı pəhləvan 13-cü pillədə qərarlaşıb. Siyahıya Şimali Koreyadan olan qadın güləşçi Sol Qum Pak (18 yaş) başçılıq edir.

Qeyd edək ki, Azərbaycan güləşçiləri Paris Olimpiadasına ümumilikdə 12 lisenziya qazanıblar.

0