Həsrət Cəfərova məğlub olan güləşçi Parisdə saxlanılıb
09.08.2024 - 16:34
Fransa polisi misirli olimpiya güləşçisi Mohamed Elsayedi saxlayıb.
Apasport.az xarici KİV-ə istinadla bildirir ki, idmançı Paris küçələrində sərxoş vəziyyətdə saxlanılıb.
O, cinsi qısnamada şübhəli bilinir. Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.
Qeyd edək ki, Elsayed 1/8 final mərhələsində azərbaycanlı Həsrət Cəfərova məğlub olaraq mübarizəni dayandırıb.
- Güləş üzrə Azərbaycan çempionatına yekun vurulub
- Sərbəst güləş üzrə ölkə çempionatında daha 5 çəkidə finalçılar müəyyənləşib
- Ölkə çempionatı: Sərbəst güləşdə 5 çəkidə qaliblər müəyyənləşdi
- Ölkə çempionatında yunan-Roma güləşi üzrə yarışlar başa çatıb
- Sərbəst güləş üzrə ölkə çempionatının ilk finalçıları müəyyənləşib
0
0