Mariya Stadnik karyerasını bitirdi? - Eksklüziv
07.08.2024 - 13:59
Mariya Stadnik karyerasını bitirdi? - Eksklüziv

Mətbuatda qadın güləşçilərdən ibarət Azərbaycan millisinin üzvü Mariya Stadnikin idmançı karyerasını başa çatdırdığı ilə bağlı iddialar yayılıb. 

Azərbaycan Güləş Federasiyası apasport.az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: 

"Həm məşqçilərlə, həm də idmançının özü ilə əlaqə yaratmışıq. Mariya Stadnik belə bir qərar verməyib. Sadəcə sosial mediada etdiyi paylaşım mətbuatda çaşqınlıq yaradıb".

Qeyd edək ki, Yay Olimpiya Oyunlarının 1/4 final mərhələsində məğlub olan titullu idmançımız Paris-2024-ü medalsız başa vurub.

Nərmin VÜQARQIZI

 

 

0