Məşhur türk güləşçiyə şok - PARİSƏ GETMƏYƏCƏK
09.07.2024 - 10:23
Dünya və Avropa çempionu olan türkiyəli güləşçi Rza Kayaalp ölkəsinin Paris 2024 heyətindən kənarlaşdırılıb.
Apasport.az xəbər verir ki, buna səbəb idmançının qadağan edilmiş maddədən istifadə etməsidir.
Rza Kayaalpın əvəzinə Türkiyənin heyətində Hamza Bakır yer alacaq.
Güləşçi özü də məsələ ilə bağlı açıqlama verib:
“24 illik nailiyyət dolu təmiz idman karyeramın son Olimpiya hazırlığında tam professional davransam da, bəxtsizliklə üz-üzə qaldım”.
Qeyd edək ki, Kayaalpın karyerasında 14 Avropa, 10 Dünya kuboku və 3 Olimpiya medalı var.
- Güləşçimiz İslamiadanı ikinci pillədə başa vurub
- İslam Oyunları: İki güləşçimiz finalda - FOTO
- İslam Oyunları: Rəqibi meydana çıxmadı, güləşçimiz bürünc medala sahib oldu
- Azərbaycan güləşçiləri İslam Oyunlarında iki gümüş medal qazanıb
- İslam Oyunları: Ruzanna Məmmədova qızıl üçün xalça üzərinə çıxacaq
1
0